Türkiyənin Antalya şəhərində toplanışda olan azərbaycanlı futbol hakimlər şiə-vəhhabi davası edib. İki hakim – Rəhim Həsənovla Mübariz Haşımov məzhəb savaşına çıxıb.
“Futbol+” qəzeti yazıb ki, qalmaqal süfrə başında yaşanıb. Rəhim Həsənovun şiə, Mübariz Haşımovun isə vəhhabi olduğu bildirilir.
Haşımov yemək zamanı şiələr haqqında təhqiramiz ifadə işlədib. Buna dözməyən Həsənov da onu və əqidədaşlarını söyüb. Onların əlbəyaxa olmasına ətrafdakılar imkan verməyib. Ancaq hirsi soyumayan Həsənov yeməkdən sonra Haşımovun qaldığı otağa gedib və onu döyüb.
Qəzet yazır ki, Haşımovun “Facebook” səhifəsinə göz gəzdirməklə onun vəhhabi olduğunu anlamaq çətin deyil. O, səhifəsində adətən vəhhabiliyi təbliğ edən statuslar paylaşır.
Yenilik.Az: