Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Metroda həyəcan yaşandı: Ürəyi gedənlər var

28-01-2015, 10:14   


Bakı metrosunda bu gün yenidən problem yaranıb. ANS PRESS-in metroda olan əməkdaşlarının verdiyi məlumata görə, nasazlıq "Həzi Aslanov" "Dərnəgül" istiqamətində hərəkət edən qatarda baş verib.

Belə ki, "Nizami" stansiyasından "Elmlər Akademisyası"na gedən qatar sərnişin dolu qatar 10 dəqiqədən artıq tuneldə qalıb. "Maşinist vaqonlardan keçərək ən sondakı qatara getdi və qatarı yenidən "Nizami" stansiyasına qaytardı. Stansiyada qalan qatardan sərnişinlər boşaldıldı. Lakin qatar hərəkətsiz vəziyyətdə bir müddət "Nizami" stansiyasında qaldı. Sərnişinlərin bir hissəsi isə stansiyadan çıxaraq yollarına avtobus, taksilərlə davam etdilər".

Qeyd edək ki, "Nizami" stansiyasındakı problem "28 May" stansiyasında da hiss edilib. Belə ki, "Dərnəgül"ə gedən qatar istiqamətini dəyişərək "İçərişəhər" istiqamətində hərəkət edib. Nəticədə stansiyada sərnişin sıxlığı yaranıb.


Metroda həyəcan yaşandı: Ürəyi gedənlər var Yüklə
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar