Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sabah 12 dərəcə isti olacaq

28-01-2015, 13:49   
Sabah 12 dərəcə isti olacaq
Cənub-qərb küləyi günün ikinci yarısında şimal küləyinilə əvəzlənəcək
Sabah Abşeron yarımadasında hava arabir yağıntılı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 29-da Bakıda və Abşeron yarımadasında hava arabir yağıntılı olacaq, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi günün ikinci yarısında şimal küləyinilə əvəzlənəcək.

Abşeron yarımadasında temperatur gecə 1-4, gündüz 7-11 dərəcə isti olacaq.

Yanvarın 29-da rayonlarda da havanın arabir yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qara keçəcəyi gözlənilir. Əksər rayonlarda əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Temperatur aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar