Rayonlarda ehsan qadağası bitdi? – Özəl

28-01-2015, 16:43   
Rayonlarda ehsan qadağası bitdi? – Özəl
Bölgələrdə ehsan qadağaları aradan götürülüb. Şimal-qərb zonasında yas məclislərində ehsan süfrəsinə olunan inzibati müdaxilələrə son qoyulub.

Axar.az-a Şəmkirdən verilən məlumata görə, kənd yerlərində hüzr mərasimlərinə əvvəlki qədər sərt müdaxilə yoxdur.

Bir müddət əvvəl ehsan israfçılığına qarşı mübarizə kampaniyası bu rayonda daha qabarıq hiss olunurdu. Son xəbərə görə, artıq inzibati müdaxilələrə ara verilib.

Ölkənin Aran zonasında və cənub rayonlarında isə hər hansı inzibati müdaxilə artıq yoxdur. Məclis sahibləri ənənəvi qaydada ehsan süfrəsi açırlar.

Yada salaq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əhalini ehsan israfçılığı etməməyə çağırmışdı. İncibati müdaxilə ilə bu israfçılığın qarşısının alınması istiqamətində ciddi addımlar atılsa da, təəssüf ki, yekdil rəyin olmaması prosesi yarımçıq qoydu.

Xatırladaq ki, Azərbaycanın əksər bölgələrində keçirilən yas mərasimləri ölü sahibinin külli miqdarda borclanması ilə nəticələnən xüsusi dəbdəbəli ehsal süfrələri ilə müşayiət olunur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar