Bakıda özünü yandıran "Ford" markalı mikroavtobus sürücüsü ağır vəziyyətdə Respublika Yanıq Mərkəzində reanimasiyaya yerləşdirilib.
ANS PRESS-in xəstəxanada olan əməkdaşının əldə etdiyi məlumata görə, 1976-cı il təvəllüdlü Arzuman Həzərxan oğlu Hümbətovun üz, çənə və sinə nahiyəsinin yandığı məlum olub.
İlkin ehtimallara görə, A.Hümbətovun nəfəs borusu da xəsarət alıb.
Qeyd edək ki, Bakıdan Sumqayıta işləyən mikroavtobus sürücüsü nəqliyyat müfəttişləri tərəfindən döyülüb, təhqir edilməsindən sonra özünü yandırdığı bildirilir.