Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanı öz qoşunlarını Ukrayna ərazisindən çıxarmağa səsləyib.
Axar.az xəbər verir ki, bu barədə Assambleyanın yekun qətnaməsində deyilir. AŞPA həmçinin rus hökumətini separatçıları silahla təchiz etməkdən vaz keçməyə, eləcə də dərhal Ukraynanın şərqindəki münaqişədə iştirak etmək üçün rus könüllülərinin axınının qarşısını almağa çağırıb.
Qeyd edək ki, bu gün AŞPA Rusiyanın qurumdakı səsvermə və aprel iclasında AŞPA orqanlarının rəhbərliyində təmsil olunma hüququnu da əlindən alıb.