ANS TV-nin müdafiə nazirliyinə istinadən verdiyi məlumata görə, cəbhənin Ağdam istiqamətində silahlı qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib.
Kənd sakinlərin pilotsuz təyyarənin necə vurulduğunu görüblər.
“Evdən küçəyə çıxırdım ki, qarşı tərəfdən aparatın gəldiyini gördüm. Aparat arı vızıltısı kimi səs çıxarırdı. Mənə yaxınlaşada başımın üzərində partladı. Bu an səmada tüstü əmələ gəldi. Amma buna baxmayaraq təyyarə uçmaqda davam edirdi. Bir qədər irəli gedəndən sonra daha ikinci bir partlayış da baş verdi. Birinci partlayış ikinciyə nisbətə daha güclü oldu. 5-6 dəqiqədən sonra səmada partlayan aparatın qırıntıları evlərin üstünə tökülməyə başladı. Elə bil ki, evlərin üstünə göydən dolu yağırdı. Aparatın bir parçası da yaşadığım evin qarşısına düşmüşdü” - deyə kənd sakini Məhyəddin Əsədov bildirdi.