Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İlham Əliyev xizək sürdü (FOTO)

29-01-2015, 20:24   
İlham Əliyev xizək sürdü (FOTO)

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksinin 1 nömrəli kanat və xizək enişinin açılışında iştirak ediblər.

ANS PRESS-in məlumatına görə, dövlət başçısına məlumat verilib ki, kompleksdə inşası nəzərdə tutulan 9 kanat yolundan 7-si artıq hazırdır. Bundan başqa, ümumi uzunluğu 5860 metr olan 4 “xalça cığırı” və ümumi uzunluğu 12 min 430 metr olan 11 dağ xizək enişi inşa olunub. Həmçinin sahəsi 41,5 hektar olan enişlərin süni qarlaşdırma sistemi yaradılıb. Burada qonaqlar və turistlər üçün müxtəlif istirahət guşələri də tikilib.

Dövlətimizin başçısı 1 nömrəli kanat yolunu işə saldı.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kanat yolunu sınaqdan keçirdilər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar