PKK lideri Abdullah Öcalan həbsdən çıxdıqdan sonra harada yaşayacağı barədə suallara müəllifi olduğu “Kürd problemi və demokratik xalq həlli” kitabında aydınlıq gətirib.
Axar.az xəbər verir ki, Öcalan kitabda harada yaşayacağı barədə suallara üstüörtülü şəkildə cavab verib:
“Həbsxanadan çıxdıqdan sonra harada yaşayacağım barədə sual hər kəsi maraqlandırır. Çox xəyalpərəst adam deyiləm. “İnqilabi reallıq” deyilən bir həyat tərzinə sahibəm və həbsxanadan sonrakı həyatıma yox, hələ uşaqlıqdan bu yana olan ömür yoluma baxılarsa, bu tip sualların cavabını almış olarsız”.