İslamazeri.az "YDH"-yə istinadən xəbər verir ki, ölkə mediasından sonra israilli liderlər də "Hizbullah"ın Şəba fermalarındakı əməliyyatında məsuliyyətli şəxs kimi hökuməti günahlandırırlar.
Netanyahu hökumətindən istefa verən Ədliyyə Naziri Tzippi Livni "Hizbullah"ın əməliyyatından sonra Baş nazir Benyamin Netanyahunu qeyri-düzgün siyasət yürütməkdə günahlandırıb.
İsrail Xarici İşlər Naziri Aviqdor Liberman da Baş nazir Benyamin Netanyahunu sərt ifadələrlə tənqid edərək "Hizbulllah" qarşısında heç nə edə bilmədiyini dilə gətirib.
Liberman sözlərinə belə davam edib: "Netanyahunun mövqeyi İsraili zəiflətdi. Netanyahunun "Hizbullah"ın Şəbadakı hücumuna cavab verilməyəcək" açıqlanması, İsrailin "Hizbullah" qarşısında təslim olduğu mənasını verir".
Qeyd edək ki, daha öncə "Haaretz" qəzeti Şəba əməliyyatından dərhal sonra "İsrailin "Hizbullah" komandirlərini hədəf alan Quneytrə hücumunu nümayiş xarakterli olduğunu və "Hizbullah"ın Şəba əməliyyatı ilə Netanyahunun nümayiş xarakterli hücumlarının əvəzi ödənildi", -deyə dərc etmişdi.