İŞİD-in şimal cəbhəsinə qafqazlı rəhbərlik edir – Rəsmi

30-01-2015, 22:11   


İŞİD-in şimal cəbhəsinin rəhbərliyində Gürcüstan əsilli şəxs dayanır.

Axar.az "RİA-Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumat Rusiyanın Ali Məhkəməsinin təqdim etdiyi materiallarda yer alır.

Məlumatlarda şimal cəbhəsində Qafqazdan xeyli vəhhabinin döyüşdüyü deyilir:

“İŞİD-in şimal cəbhəsinə əslən Gürcüstandan olan T.T.Batiraşvili adlı şəxs rəhbərlik edir. Onun rəhbərliyi altında “Xəttab briqadası”, Şimali Qafqazdan olan Basayev və Dudayev briqadalarının cihadçıları, həmçinin “Türkiyə camaatı” və “Camaat Əbu Hənifə” var”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar