Sumqayıt səhiyyəsində yaşı 65-i ötmüş həkimlər kimə rüşvət verir?

30-01-2015, 23:47   
Sumqayıt səhiyyəsində yaşı 65-i ötmüş həkimlər kimə rüşvət verir?
Dosye.org xəbər verir ki, son zamanlar səhiyyə sistemində baş verən xoşagəlməyən olaylarla bağlı mediaya məlumatlar ötürülür.

Sumqayıt şəhərindən məlumat verən mənbə bildirir ki, Dəri-zöhrəvi Dispanserinin baş həkimi İlyas Kərimov vəzifə səlahiyətindən istifadə edərək yaşı 65-i ötmüş həkimlərin dispanserdə saxlanılması üçün dəridən- qabığdan çıxır. Elə məhz baş həkimin səyi nəticəsində bu günlərdə işdən azad olunan xanım həkim yenidən işlə təmin edilib. Mənbə iddia edir ki, Nazəni adlı həkimin "şirinliyindən" sonra məsələ öz müsbət həllini tapıb.

Bir daha xatırladaq ki, Əmək Məcəlləsinə edilən dəyişikliyin icrası üçün artıq səhiyyə müəssisələrinin baş həkimlərinə tapşırıqlar verilib. Etiraf edək ki, yaşlı insanlar işlədiyi üçün gənclər özlərinə iş tapa bilmirdilər. Amma artıq yaşlı işçilər işdən çıxdıqdan sonra vakant yerlər yaranacaq. Həmin yerlərə də gənc kadrlar işə götürülür.

Görünür, baş həkimə həvalə olunan "qazanclı" işin öhtəsindən İlyas həkim layiqincə gəlir. Məlumatın reallığı bir daha onu sübüt edir ki, baş həkim Kərimov İlyas Bəylər oğlu verdiyi hesabatda yanlışlığa yol verib.

Tutumu 40 çarpayıdan ibarət olan Sumqayıt şəhər Dəri-zöhrəvi Dispanseri 1967-ci ildən fəaliyyət göstərir.

Dosye.org olaraq inanırıq ki, səhiyyədə baş verən qanun pozuntuları Səhiyyə Nazirliyinin araşdırmalarından sonra müsbət həllini tapacaq. Bizim araşdırmalarımız davam edir.

Dosye.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar