“ İsrailin törətdiyi heç bir zorakılıq cavabsız qalmayacaq“
“Reuters”in xəbərində deyilir ki, “Hizbullah“ lideri Seyid Həsən Nəsrullah cümə günü bəyan edib ki, onun təşkilatı İsrail ilə müharibə istəmir, ancaq müharibəyə hazırdırlar. Onlar İsrailin hücumuna həmişə cavab vermək haqqını özlərində saxlayırlar və onlardan qorxmurlar.
Yanvarın 18-də Suriyada 6 hizbullahçının və iranlı generalın öldürülməsi ilə əlaqəli anım mərasiminə qatılan Həsən Nəsrullah çərşənbə günü “Hizbullah“ın Livanla İsrail arasındakı sərhəd xəttində 2 İsrail əsgərini öldürülməsini intiqam aktı kimi xarakterizə olunmasına işarə edib. O, bildirib ki, İsrailin törətdiyi heç bir zorakılıq cavabsız qalmayacaq.
“Biz istənilən vaxt və istənilən yerdə İsrailə cavab haqqına sahibik“, Həsən Nəsrullah deyib. Onun çıxışı “ Arabic news“ TV kanalı tərəfindən yayımlanıb. Təşkilatın tərəfdarları Beyruta axışaraq, silahlardan atəş açmaqla, öz liderlərinə dəstəklərin ifadə ediblər.
İsrail baş naziri Benyamin Netanyahu İranın dəstək verdiyi “Hizbullah“ı İsrail əsgərlərinin ölümünə görə ittiham edib.
Həmin hadisələrdən sonra İsrail ilə “Hizbullah“ təşkilatı arasında münasibətlər son dərəcə gərginləşib.
Agentlik xatırladır ki, 2006-cı ildə “Hizbullah“la İsrail arasında 36 günlük müharibə olub.
Elbəyi Həsənli, musavat.com