HƏMAS İranla bağlı dərin münasibətlərinin olması barədə yayılan xəbərlərə aydınlıq gətirib. Axar.az xəbər verir ki, HƏMAS-ın siyasi bürosunun üzvü Xalid Meşali İranla gizli əlaqələr saxladığının yalan olduğunu, bunun heç bir dərin əlaqələrə söykənmədiyini bildirib. HƏMAS üzvü islam və ərəb ölkələri ilə əlaqələrinin olduğunu, ancaq bu əlaqələrdən istifadə edərək İsrailə qarşı hansısa plan hazırlığı görmədiklərini qeyd edib. HƏMAS tərəfi bu barədə məlumat yayan media orqanlarının təşkilatın adına xələl gətirmək niyyətində olduqlarını vurğulayıb.