Azərbaycanlı məmurlara təzyiq artır: “Oliqarxlar ittifaqı” yaranır?

1-02-2015, 15:58   
Azərbaycanlı məmurlara təzyiq artır: “Oliqarxlar ittifaqı” yaranır?
Ramazan Abdullatipovun vəziyyəti getdikcə ağırlaşır.

Bu barədə Axar.az-a Dərbənddəki etibarlı mənbədən məlumat daxil olub.

Mənbə prezidentin qardaşının həbs olunmasının onun imicinə pis təsir etdiyini deyib. Belə ki Abdullatipovun artıq Kremldə etibarını itirdiyi bildirilib. Üstəlik azərbaycanlı və ləzgi klanlarının prezidentə etirazı onun nüfuzunu azaldıb.

Bölgədə marağı olan oliqarxlar da Abdullatipovdan narazıdır. Mənbə Putinin Qafqazda xüsusi nümayəndəsi olan Sergey Məlikovun eləcə də ləzgi milyarder Süleyman Kərimovun bu siyahıda yer aldığını bildirib. Prezidentlə razılaşmayanlar sırasında azərbaycanlı iş adamları da yer alıb.

Mənbəmizin digər məlumatında isə azərbaycanlı məmurlara qarşı təzyiqlərin artdığı da söylənilib. Dərbəndlə yanaşı digər azərbaycanlılar olan bölgələrdə də soydaşlarımızın vəzifələrdən uzaqlaşdırıldığı deyilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar