Rusiyadan şok etiraf: “Rubl daha stabil olmayacaq”

1-02-2015, 20:14   
Rusiyadan şok etiraf: “Rubl daha stabil olmayacaq”
“Rublun kursu əvvəlki kimi stabil olmayacaq”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Baş nazirinin müavini İqor Şuvalov çıxış edib.

O bunun hazırkı zamanda normal hal olduğunu bildirib:

“Biz sizinlə rublun güclənməsi üçün əziyyət çəkməli olacağıq. İndi yalnız rublun kursunun əvvəlki kimi stabil olmayacağına öyrəşməyimiz lazımdır. Bütün bunlar normal proseslərdir”.

Qeyd edək ki, bundan öncə Rusiyanın Maliyyə naziri Anton Siluanov rublun kursunun özünün normal vəziyyətini tapdığını bildirmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar