Maral Tahirqızının işini aparan müstəntiq dəyişdirildi və töhmət aldı - YENİLƏNİB

5-02-2015, 15:54   
Maral Tahirqızının işini aparan müstəntiq dəyişdirildi və töhmət aldı - YENİLƏNİB
Müğənni Maral Tahirqızı barəsində qətimkan tədbiri seçilməsi haqda yayılan xəbərlərə münasibət bildirib.

“Qafqazinfo”nun məlumatına görə, ifaçı sosial şəbəkə vasitəsilə bu məsələnin planlaşdırılmış oyun olduğunu və işi aparan müstəntiqin artıq töhmət aldığını qeyd edib: “Son günlərdə sosial şəbəkələrdə haqqımda gəzən şayiələrə, söz-söhbətlərə münasibət bildirirəm. Esmiranı bir il əvvəl bir dəfə gözəllik salonunda görmüşəm və onu üz-qaş alan kimi tanıyıram. Esmiranın tanımadığım rəfiqəsini tanımadığım Ədalət adında bir dostuna düzəltməsindən xəbərim yoxdur. Mən buna görə dindirilmişəm, məsələdən xəbərsiz olmadığımı da ifadəmdə bildirmişəm.

Müstəntiq Esmiradan soruşanda ki, "niyə belə ifadə verib?", Esmira bildirdi ki, "Ədalət belə deməsini istəyib". Bu məqamda müstəntiq ona mənim arxama gedərək nəsə işarə etdi. Sonra Esmira sözünü dəyişərək müstəntiq Azadın onun qapı qonşusu olduğunu dedi. Mən əvvəldən bilirdim ki, bu iş quramadır. Bu işlə əlaqədar müstəntiq Azada töhmət verilib. Müstəntiq isə informasiya agentliyinə zəng edərək qeyri-obyektiv xəbər verərək heyf çıxmaq istəyib...

…Xətai Rayon Polis İdarəsindən sayta verilən məlumata görə, cinayət işi müstəntiq Azad Əliyevdən həqiqətən də alınıb. Hazırda işi digər müstəntiq Elməddin Paşayev aparır.

Qeyd edək ki, M.Tahiqızı Esmira adlı xanımın ifadəsi əsasında dindirilib.

Onu da xatırladaq ki, müğənni Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsi ilə ittiham olunur.

* * *10:35

Müğənni Maral Tahirqızı barəsində qətimkan tədbiri seçilib.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Maral Tahirqızı evində əxlaqsızlıq yuvası saxlamaqda ittiham olunaraq polis tərəfindən dindirilib.

M. Tahirqızı sayta açıqlamasında ona qarşı Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə ittiham irəli sürüldüyünü və özünü müqəssir bilmədiyini qeyd edib: “Hələ ötən ilin may ayında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi mənim Xətai rayonunda yerləşən mənzilimdə əməliyyat keçirdi. Polis əməkdaşları evimdə axtarış apardı, lakin mənzilimdə heç kimi tapmadılar. Axtarışlardan sonra isə məni polisə aparıb gecə saat 1-dək orada saxladılar. Həmin hadisədən sonra məni tez-tez Xətai polisinə çağıraraq ifadəmi alırdılar. Ötən ilin sonlarında müstəntiq mənə dedi ki, barəmdə Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə cinayət işi başlanıb. Təbii ki, mən bu ittihamları qəbul etmədim, indi də etmirəm”.

Xatırladaq ki, M. Tahirqızının Cinayət Məcəlləsinin 244-cü maddəsi üzrə təqsiri sübuta yetirilsə, ona iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilə bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar