Günün məzəsi: Elza Seyidcahan “İlin şairəsi” seçildi - FOTO

5-02-2015, 18:49   
Günün məzəsi: Elza Seyidcahan “İlin şairəsi” seçildi - FOTO
Hafta.az bildirir ki, bu gün Əməkdar artist Elza Seyidcahan jurnalistləri başına toplayaraq mətbuat konfransı keçirdi.

“İntervyu jurnalı” və “İntervyu-xəbər” qəzetinin keçirdiyi sorğu əsasında yazdığı şeirlərə görə, Elza Seyidcahan “İlin şairəsi” seçildi. Özünün də mükafat alacağından xəbəri olmadığını söyləyən Əməkdar artistə bir neçə sual ünvanladıq:


- Kitabı olmayan bir şeir yazan şəxs necə “İlin şairəsi” ola bilər?


- Ümumiyyətlə, düşünürəm ki, mənim şeirlərim sevilir, oxunur. O qədər kitabı olan şairlər var ki, bu gün tanınmırlar. Mənim şeirlərimi insanlar tanıyır, əzbərləyir, paylaşırlar. Bu mənim uğurumdur. Ola bilər kimlərəsə çatmasın mənim şeirlərim. Ancaq gün gələcək hər kəs məni başa düşəcək. İnşallah gələcəkdə alınsa kitab təqdim edəcəyəm.


- Şeirlərinizi gülüş obyektinə çevrilir.


- Xeyr, insanlar şeirlərimi sevirlər. Sadəcə ola bilər ki, o dərinliyə çata bilməyənlər, anlamadıqlarına görə gülürlər. Ancaq savadlı və ədəbiyyatı öyrənən şəxslər şeirimi diqqətlə oxuyur və təhlil edirlər. Təbii ki, mənim də çatışmayan cəhətlərim var.


- Özünüzü bu “İlin şairəsi” olaraq görürsünüzmü?


- Mən ümumiyyətlə, özümü şairə olaraq görmürəm. Ancaq layiqəm bu statusa. Çünki 2013-2014-cü illər ərzində bütün sosial şəbəkələrdə ən çox gündəmdə olan mənim şeirlərim oldu. Hətta türk saytlarında yazdılar şeirlərim haqda. Mənim daxilimdən gəlir şeir yazıram və buna davam edəcəm. Təbii ki, "İlin şairəsi" olmağa layiqəm.


- Siz bu statusu almaqla, digər şairlərin haqqını almış olmadınız?


- Qətiyyən. Hansı gəncin şeirləri qısa müddətdə bu qədər tanındı? Bir dəfə telekanalda şeirimin bir parçasını söylədim, onu parodiya etdilər. Ancaq şeirlərimi axtarıb, araşdıranlar da oldu. Kimsənin hüququnu əlindən almamışam. Kim bacarırsa, kimin gündəm yarada biləcək şeiri varsa, paylaşsın və mükafatı alsın.


- Şeirləriniz fərqlidir.


- Ədəbiyyatda yeni nəfəs, yeni janr gətirdim. Şeirlərimdə cəsarət var, müasirlik var. Yenilik yaratdım, bu şeirlər mən olmasam belə yaşayacaq, seviləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar