Koko Ortaçı xəstəxanaya yerləşdirildi
Türkiyənin tanınmış müğənnisi Sərdar Ortaçın həyat yoldaşı, məşhur model Koko Ortaçın canlı efirdə halı pisləşib.
ANS PRESS-in məlumatına görə, tanınmış model “Bu tarz benim” yarışmasında özünü narahat hiss edib.
Koko Ortaç yarışmanın yarısında xüsusi avtomobil ilə Acıbadem xəstəxanasına aparılıb. Tanınmış müğənni Sərdar Ortaç həyat yoldaşını xəstəxananın qapısında qarşılayıb. O, qadının maşından düşməsinə yardım edib və məşhur cütlük xəstəxanaya girilər.
Sərdar Ortaç baş verənlərlə bağlı jurnalistlərə heç bir açıqlama verməyib. Müayinədən sonra məhşur cütlük jurnalistlərə yaxalanmamaq üçün xəstəxananın arxa qapısından çıxıblar.
ANS PRESS hadisənin görüntülərini təqdim edir: