Amerikan müğənni Britni Spirsi şəklinə fotoşop etdirməkdə günahlandırırlar.
Axşam.az xarici mətbuata istinadən bildirir ki, müğənni Britni Spirsin “Intimate Collection” üçün çəkdirdiyi reklam kompaniyasındakı fotoşəkil sosial mediada narazılığa səbəb olub.
İstifadəçilər Spirsin fotosunun həddən çox fotoşop edildiyini və üzünün köhnə şəkillərdən kəsilib calandığını iddia ediblər. Buna səbəb də bir neçə gün əvvəl Spirsin bu fotodakı qədər ideal olmayan bədən və sima ilə “Super Bowl” tədbirinə qatılması olub.