Məşhur terrorçunun arvadı İŞİD sıralarında

6-02-2015, 00:53   


İŞİD terror qruplaşması tərəfindən yayılan son videoda görünən qadın yaraqlının kim olduğu məlum olub.

ANS PRESS-in məlumatına görə, onun Parisdə marketə hücum edən Amedi Koulibalinin həyat yoldaşı Hayat Boumeddiyen olduğu iddia olunub.

Ötən ay İŞİD üzvü Amedi Koulibali Fransanın paytaxtı Parisdə terror aktı törədəndən sonra onun həyat yoldaşının Türkiyə üzərindən Suriyaya keçdiyi iddia edilmişdi. Qruplaşma tərəfindən yayılan "Partlayış Fransa 2" videosunda görünən üzü niqablı qadının Amedinin arvadı olduğu ehtimal olunur.

Videoda Fransada yaşayan müsəlmanlara müraciət olunur və Parisdə terror aktı törədənlərin adları çəkilir.

Qeyd edək ki, Amedi Koulibali Fransadakı bir Yəhudi marketinə təşkil etdiyi silahlı hücum zamanı girov götürdüyü 4 nəfəri öldürmüşdü.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.