Cəbhə xəttində provokasiya yaradan Ermənistan Silahlı Qüvvələrinin iki hərbçisi öldürülüb. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün saat 16:15 radələrində Qarabağ cəbhəsində baş vermiş atışmada Ermənistan Ordusunun əsgəri, 1990-cı il təvəllüdlü Şekspir Mhitaroviç Akopyan öldürülüb. Ermənilərə məxsus internet saytları ötən gün saat 20:00 radələrində daha bir hərbi qulluqçunun cəbhədə öldürülməsi barədə məlumat yayıb. Lakin həmin şəxsin kimliyi barədə məlumat verilməyib.