İŞİD-çilər üçün uşaq doğan qadınlar... (FOTO)

6-02-2015, 11:21   
İŞİD-çilər üçün uşaq doğan qadınlar... (FOTO)

Doğrudan da, görəsən qadın cihadçılar İŞİD ekstremistləri arasında necə yaşayırlar?

ANS PRESS-in BBC Azərbaycana istinadən verdiyi məlumata görə, İraq və Suriyada İŞİD-i dəstəkləyən və özlərini “Xansa Briqadası” adlandıran qadınlar internetdə ərəbcə uzun bir traktat yerləşdiriblər. Əsas məqsədi Səudiyyə Ərəbistanından və Körfəz ölkələrindən qadınları səfərbər etmək olan bu bəyanda suallara cavablar verilir.

İndi bu traktat ingiliscəyə tərcümə edilərək Londonda məskunlaşmış anti-ekstremist araşdırma mərkəzi “Quilliam” tərəfindən çap edilib.

Sənəddə deyilir: “9 yaşlı qızın ərə getməsi tamamilə qanunidir”
“Pak qızların çoxu 16-17 yaşlarında ərə gedir”

"Ərə getdiyi andan etibarən qadın gözdən-nəzərdən uzaq olmalı, Xilafəti bağlı qapılar arxasından dəstəkləməlidir"

"Qadınlar geridə qalmış olmamalı, təhsil görməli, ələlxüsus da 15 yaşından başlayaraq İslam dininə aid hər şeyi bilməlidirlər".
Sənəddə qeyd olunur ki, evdən çıxaraq işə gedən azad qadının Avropa modeli iflasa uğrayıb və qadınlar kişilərlə bərabərlikdən tikandan başqa bir şey qazanmayıblar.
Dəbli geyimlər satan dükanları İblis əməli sayılır.

Britaniyalı Aqsa Mahmud Suriyada İŞİD döyüşçüsünə ərə getmiş Qərb qadınlarından biridir


Miqrantlar üçün "Cənnət”
Bu uzun sənəd internetdə yanvarın 23-də dərc edilsə də, uzun müddət beynəlxalq medianın diqqətindən kənarda qalıb. Sənəd, Qərb ölkələrindən İŞİD-ə mühacirət etmiş qadın cihadçıların sosial mediada paylaşdıqları statuslardakı zorakı mesajlardan xeyli fərqlənir. Reallıq isə sənəddə göstərilənlər deyil, qadınların yaşadıqlarıdır. Britaniyadan olduğu təxmin edilən 50 qadın da daxil olmaqla, İŞİD-ə qoşulmaq üçün minlərlə qadın gözəl həyat arzusu ilə Türkiyədən Suriyaya keçib. Onların hazırda sağ olduqlarını isə heç kim bilmir...

Sənəd israr edir ki, qadınların rolu oturaqdır və onlar kişi cihadçılar üçün uşaq doğmalı, evdən dəstəkləməlidirlər. Bütün bunlardan sonra traktatın böyük bir hissəsi İŞİD-in üsul-idarəsində yaşayan qadınların normal həyat yaşadıqlarının vurğulanmasına həsr edilib. “Dövlət heç nəyi qadağan etmir”deyilir, lakin dərhal da əlavə edilir ki, kişilərin və qadınların mədrəsələrdəki yerləri ayrıdır.

Rakka İŞİD-in elan etdiyi Xilafətin paytaxtı sayılır. İŞİD-inn de fakto paytaxtı sayılan bu şəhər "mühacirlərin cənnəti” adlandırılır.


“Pozğun qadınlar”
Traktatda iddia olunur ki, əksinə Körfəz ərəb ölkələrindəki və Səudiyyədəki qadınlar “vəhşilik və düşmənçiliklə” üzləşirlər. Sənəd izah edir ki, bu “vəhşilik və düşmənçilik” özünü qadınların kişilərlə birlikdə dükanlarda işləməsində, pasport və başqa kimlik sənədlərindəki fotolarda, Qərb təhsil ocaqlarında təhsil almaqda və Səudiyyənin Ciddə şəhərindəki “kafirlik universitetlərində”oxumaqda büruzə verir.

Regionda ən mühafizəkar media qurumlarından biri olan Səudiyyə televiziyası “fahişələrin və kafirlərin televizya kanalı” adlandırılır, yazar qadınlara isə “pozğun qadın” damğası vurulur. Xaricdən gətirilən müəllimlər öz “zəhərli və kafir ateist ideyalarını yayan casuslar” kimi damğalanırlar.

Maraqlıdır ki, bu traktatda yezidilərin kütləvi şəkildə köləyə çevrilməsindən, azyaşlı qızların oğurlanaraq gətirilməsindən, kəsilən başların Raqqa şəhərində nizəyə taxılmasından və homoseksualların 7-ci mərtəbədən atılmasından bir kəlmə də deyilmir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.