Türkiyəli tanınmış aktrisa məşhur kişiləri əlcək kimi dəyişir.
“Atletiko Madrid”in ulduz futbolçusu Arda Turanla nişanına son qoyan aktrisa Sinəm Kobal çox keçməmiş aktyor İbrahim Çelikkolla görüntülənmişdi.
Lakin onunla da münasibətini davam etdirməyən Sinəm Kobalın indi isə Türkiyənin yaraşıqlı subay aktyoru hesab edilən Kənan İmirzalıoğlu ilə eşq münasibətində olduğu üzə çıxıb.
Cütlük ötən gün gecə saatlarında Etilərdən aktyorun Cihangirdəki evinə gedərkən polis tərəfindən saxlanılıb. Onların bu görüntüləri “HT” maqazin müxbirinin obyektivinə düşüb.
Polis aktrisanın içkili olub-olmadığını yoxlayıb. Cütlük müxbirə verdiyi açıqlamada dostlaından birinin uşağının xəstə olduğunu və onun yanına getdiyini söyləyib (ans).
Aktual.az