İŞİD-in diri-diri yandırdığı İordaniyalı pilotun görüntülərinin yayılmasından sonra iki İŞİD militanını asan və intiqam andı içən İordaniya kralı Abdullah ilk addımı atıb.
Belə ki, İordaniya döyüş təyyarələri Suriyadakı İŞİD hədəflərini bombalayıb. Bombardmanda aralarında Nineva bölgəsi səlahiyyətlisinin də olduğu 55 İŞİD üzvü öldürülüb.
İŞİD mövqelərini bombalayan təyyarələr dönüşdə diri-diri yandırılan pilot Määz al-Kassasbehnin kəndi Ayanın üzərindən zəfər uçuşu edərək “İntiqamını aldıq”,- mesajını veriblər.
Bu vaxt Müdafiə Nazirliyi tərəfindən yayılan görünüşlərdə iordaniyalı pilotların uçuşdan əvvəl bombaların üstünə “Pilot Määz al-Kassasbehnin intiqamını alacağıq”,- kimi yazılar diqqət çəkir.
Röya