Daha üç ölkədə 25 nəfər ebolaya yoluxub.
Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qərbi Afrikanı cənginə alan və bir neçə aydır ki, yayılmasında geniş müşahidə olunan ölümcül ebola virusu 2015-ci ildə yenidən artmağa başlayıb.
Ümumdünya Sağlamlıq Təşkilatının (ÜST) verdiyi məlumata görə, ötən həftə Sierra Leonedə 80, Ginedə 39, Liberiyada 5 nəfər ebolaya yoluxmuş xəstə aşkarlanıb. Bu rəqəmlər yanvar ayının son həftəsində Sierra Leonedə 65, Ginedə 30, Liberiyada isə 4 idi.
Qərbi Afrikada virusun kütləvi şəkildə yayılmasına səbəb olan ən əsas amilin ənənəvi dəfn mərasimləri olduğu qeyd olunub.
ÜST-ün hesabatına görə, bu günə qədər bu virusa 22.495 nəfər yoluxub, bunlardan 8.936 nəfəri ölüb.