Ermənistanda heç kim ordunun daxili problemləri haqqında danışmağa cürət etmir, çünki kim şikayət etməyə başlasa, onu cəzalandırırlar".
ANS PRESS-in məlumatına görə, bu barədə Helsinki Vətəndaş Assambleyası Vanadzor Ofisinin rəhbəri, hüquq müdafiəçisi Artur Sakunts açıqlama verib
Onun sözlərinə görə, hətta vəzifəsindən azad edilənlər və ya orduda olarkən müəyyən səbəblərə görə həbs olunan şəxslər də orduda baş verən neqativ hallar haqqında danışmağa cürət etmirlər.
Hüquq müdafiəçisi bir müddət əvvəl İrəvanda Hərbi institutda yoldaşları tərəfindən vəhşicəsinə öldürülən erməni kursant barədə də danışıb. O bildirib ki, kursantın öldürülməsi Ermənistanda hərbi sahədə ciddi problemlərin olmasının göstəricisidir.