Anasının “qarğışı” ilə Kəbə imamı oldu (VİDEO)

7-02-2015, 09:31   
Anasının “qarğışı” ilə Kəbə imamı oldu (VİDEO)

Müsəlmanların qibləgahı olan Məscidi Həramın imamlarından biri olan Əbdürrəhman əs Sudeys müqəddəs vəzifəsi barədə danışanda, “mən anamın qarğışıyam” – deyirmiş.

ANS PRESS-in məlumatına görə, bu vəzifəsinə 1984-ci ildə başlayan əs Sudeys uşaq olduğu zamanlarda anasının ona məhz belə qarğadığını deyib:

"Mən anamın qarğışıyam. Uşaq vaxtlarımda dəcəlılik etdiyim zaman, anamı hirsləndirdiyim zaman mənə, səni Kəbəyə imam olasan – deyə “qarğıyırdı”" - deyə Kəbənin imamı bildirib.

Anasının övladı üçün bu cür xoşməramlı duası illər sonra qəbul olunur və Əbdürrəhman əs Sudeys 22 yaşında Kəbəyə imam olur.[media=https://www.youtube.com/watch?v=Oef4pPNMLZk]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.