Dövlət televiziyası hava hücumlarının görüntülərini yayımlayıb
İordaniya İŞİD tərəfindən yandırılaraq öldürülən pilota görə, terrorçulara qarşı mübarizəni gücləndirir.
ANS PRESS-in məlumatına görə, İordaniya dövlət televiziyası ölkənin döyüş təyyarələrinin İŞİD terrorçularının Suriya və İraqdakı mövqelərinə bomba yağdırdığını bildirib. Televiziya hava hücumlarının görüntülərini də yayımlayıb.
Görüntülərdə bir pilotun təyyarədən atacağı bombanın üzərinə "Bu sənin üçün İslam düşməni" yazdığı görünür.
Bir digərində də "Qəhrəman və şəhid pilot Muaz əl Kesasibe" ifadəsi yer alıb. Pilot özü isə bombanın üzərinə "Bomba cəsur bir İordaniyalı qadından Bağdadiyə göndərilir" deyə yazıb.
Qeyd edək ki, İŞİD-in İordaniyalı pilotu öldürməsindən sonra ölkədə terrorçulara qarşı böyük nifrət yaranıb. İordaniyada kralı Abdullah isə hərbi forma geyinərək İŞİD-ə gözdağı verib.