General Rusiyaya qarşı ən güclü silahı göstərdi

9-02-2015, 10:07   

Rusiya təcavüzünə qarşı ən güclü silah həqiqət və ictimai məlumatdır. Axar.az xəbər verir ki, bunu NATO-nun Kosovodakı qoşunlarının keçmiş komandanı, general Uesli Klark deyib. “Məsləhət görərdim ki, Ukrayna hakimiyyəti çox hazırlıqlı olmalı, bəyanatlardansa çoxlu informasiyalar verməlidir. Və bütün bunlar da yaxşı idarə olunmalı və koordinasiya edilməlidir. Ən güclü silah həqiqətin gücüdür”, - Klark bildirib. NATO-nun Kosovodakı keçmiş komandanı bildirib ki, rus xalqı Ukraynaya qarşı təcavüzün məhz Vladimir Putindən gəldiyini yaxşı anlayır və əgər Putin olmasaydı ruslar bunu dəstəkləməzdilər. “Buna görə də ukraynalılar rus qohumlarına Ukraynada nələrin baş verdiyini başa salmalıdırlar. Siz yalnız hər gün nəyi görürsünüzsə, onu başa salın”, - general deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.