Ukrayna partizanları: “600 separatçı öldürdük”

9-02-2015, 16:06   

Donetsk vilayətində fəaliyyət göstərən Ukraynanın “Teni” partizan dəstəsi indiyə qədər 600-dən çox rus hərbi qulluqçusu və separatçını məhv etdiklərini bildirib.

Axar.az xəbər verir ki, bu barədə partizan dəstəsinin lideri Aleksandr Qladkiy məlumat verib.

Onun sözlərinə görə, dəstə bir neçə ay əvvəl rus hərbi qulluqçuları, muzdlular və separatçıların məhv edilməsi məqsədilə yaradılıb.

Qladkiy onlar tərəfindən öldürülmüş zabitlərin adlarını da sadalayıb:
“Çeçen” ləqəbli Andrey Borisov”, Mariupolun keçmiş komendantı ilə birlikdə QRU-nun iki zabiti Protasov və Lısyakov, General Sergey Andreyçenko və səhra komandiri Rafi Abdul Cabbar və onlarla birlikdə 12 rus və 6 çeçen bizim tərəfimizdən öldürülüb. Kominternova rayonunda noyabrın 23-də əks-partizan fəaliyyəti ilə məşğul olan aralarında “Şir”, “Seçilmiş” və “Beşinci” kod adlı terrorçular olan 8 çeçen, 7 rus və 3 separatçı öldürülüb. Dekabrın 27-də snayper qrupunun başçısı “Lider” kod adlı Əmir Aldanov, yanvarda rus general-mayor Pyotr Pavlov və satqın general, Mariupol milisinin keçmiş rəisi Oleq Morqun məhv edilib”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.