Aslan Aslanovun Lamiyə ilə bağlı ağız açdığı deputatlar

9-02-2015, 21:06   
Aslan Aslanovun Lamiyə ilə bağlı ağız açdığı deputatlar

Məhkum Lamiyə Quliyevanın saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsində ana olması xəbərindən sonra özünün və nişanlısı Vüqar Əliyevin başına gətirilənlər ciddi müzakirə olunur. Xatırladaq ki, Lamiyə Quliyeva və onun nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında, o dövrdə Şəmkirin icra başçısı olan Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə suçlu bilinib. L.Quliyeva 10 il, V.Əliyev isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Daha sonra isə - 2013-cü ildə L.Quliyevanın həbs müddəti 5 il 6 ay müddətinə uzadılıb. Onun həbs müddətinin artırılmasında A.Aslanovun əli olması iddia edilir. Şəmkirin keçmiş icra başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanov oğlu Ruslan Aslanovun qətlinə görə həbs olunan L.Quliyeva və V.Əliyevlə bağlı son vaxtlar mediada dərc olunan yazılardan sonra xeyli fəallaşıb. Belə ki, onun Milli Məclisin bir sıra deputatlarını və bəzi KİV rəhbərlərini öz müdafiəsinə çağırdığı bildirilir. Publika.az-ın əldə etdiyi məlumata görə, artıq Aslan Aslanov bir neçə millət vəkili və tanınmış jurnalistlərlə görüşərək mediada onu müdafiə edən çıxışlar etmələrini xahiş edib. Həmin şəxslərin adları bəllidir. Bu xüsusda Milli Məclisin deputatlarından Bəxtiyar Sadıqov, Novruz Aslanov, Rafael Cəbrayılov, Ərəstun Cavadov, və Musa Quliyevin adları çəkilir. Həmçinin, A.Aslanovun dəstək əldə etmək üçün bir sıra media orqanlarına maddi yardımlar etməsi də bildirilir. Mövzunu diqqətdə saxlayacağıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar