ABŞ mart ayında öz hərbçilərini Ukrayna Milli Qvardiyasına təlim keçmək üçün Kiyevə göndərəcək.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Vaşinqton Tayms” qəzeti yayıb.
Qəzet hərbiçilərin Qərbi Ukraynada hələlik 600 nəfərə hazırlıq keçəcəyini bildirib:
“Artıq Pentaqon Ukrayna hərbiçilərinin hazırlanması üçün xüsusi plan qurub. Məhz bu layihəyə əsasən, Ukrayna hərbiçilərinə ölkə daxilində müxtəlif əməliyyatların aparılma qaydası öyrədiləcək”.