Elmar Vəliyevin oğlu ilə bağlı 300 min avroluq İDDİA

10-02-2015, 17:07   
Elmar Vəliyevin oğlu ilə bağlı 300 min avroluq İDDİA
Elmir Vəliyevdən «Diplomatiya və Mədəniyyət» jurnalına müsahibəsini təşkil etmək adı altında 300 min avro alındığı iddia edilir.

Məlum olduğu kimi, son dövrlər Gəncənin icra başçısı Elmar Vəliyev və oğlu ilə bağlı çeşidli məlumatlar yayıır. «Avropa Gənclər Paytaxtı-2016» İctiami Birliyinin sədri olan Elmir Vəliyevin bu istiqamətdə bir xeyli işlər gördüyü, həbelə böyük pullar xərclədiyi də sirr deyil.

Jam.az xəbər verir ki, bu yaxınlarda Elmir Vəliyevin təşkilat rəhbəri olaraq, Avropanın ən nüfuzlu jurnallarından birində müsahibəsi dərc olunmuşdu. «Diplomatiya və Mədəniyyət» jurnalı Avropanın həqiqətən də ən sayın, seçkin dərgilərindən sayılır. Düzdür, hər nə qədər populyar olsa da, bu jurnala müsahibə vermək və ya məqalə yerləşdirmək elə də çətin məsələ deyil. Yəni, Elmar Vəliyev kimi, oğlunun müsahibəsini «müdhiş», «inanılmaz», möhtəşəm» kimi, təqdim etməyə gərək yoxdur.

Lakin məsələsnin mahiyyətində dayanan əsas şey heç də Elmir Vəliyevin jurnala müsahibə verməsi deyil. Əksinə, bu pis hal saylmamalıdır. Ancaq işin maraqlı tərəfi odur ki, «Diplomatiya və Mədəniyyət» jurnalının adından sui-istifadə edilərək, Elmar Vəliyevi aldadanlar da tapılıb. Jam.az-a verilən məlumatlarda iddia edilir ki, həmin jurnala Elmir Vəliyevin müsavhibəsini «yerləşdirmə» təklifini vermiş şəxs bunun müqabilində 300 min avro pul alıb. Və həmin pulun da jurnalın hesabına «köçürdüyü»nü deyib.

Qeyd edək ki, Elmar Vəliyev oğlu Elmir Vəliyevin gələcək karyerası üçün külli miqdarda pul xərcləməkdən çəkinmir. Gəncənin icra başçısının başına gələn sonuncu olay da, onun başqalarına etibar etməsindən dolayı baş verib.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Yenilik.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar