Ermənistanın sabiq prezidenti Robert Köçəryanın Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüzdə iştirak etməsi məlum faktdır. O, hətta 2001-ci ildə Avropa Şurası Parlement Assambleyasının tribunansında Dağlıq Qarabağdakı hərbi əməliyyatalarda iştirakına görə fəxr etdiyini də açıq söyləmişdi. Amma Köçəryanlar ailəsinin digər üzvü – Robertin böyük qardaşı Valeri Köçəryan da Dağlıq Qarabağdakı separatçı hərəkatın aktiv üzvü olub.
Modern.az saytı Azərbaycana qarşı hərbi fəaliyyəti qardaşının kölgəsində qalmış Valeri Köçəryan barədə informasiyanı təqdim edir.
Valeri Köçəryan 1952-ci ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. O, Sedrak Köçəryan və Emma Ohnayan cütlüyünün ilk övladı idi. Separatçı qardaşların atası Sedrak Köçəryan partiya məmuru idi. O, Dağlıq Qarabağ Muxtar Vilayətinin İcraiyyə Komitəsinin sədr müavini işləyib. Ona görə də oğlanları Valeri və Robert maneəsiz olaraq SSRİ-nin istənilən təhsil müəssisəsində təhsil ala bilərdilər.
Xankəndində orta məktəbi bitirdikdən sonra Valeri Köçəryan Moskvata gedir və Ali Milis Məktəbinə daxil olur. Təhsilini bitirdikdən sonra bir neçə il SSRİ Daxili Qoşunlarında xidmət edir. Lakin hərbi karyerasını davam etdirmək fikrindən vaz keçir və öz istəyi ilə xidmətdən ayrılır. Mülki həyata qayıdan V.Köçəryan Ukraynada bizneslə məşğul olmağa başlayır. Bu zaman artıq o, evli və iki övlad atası (1 qız və 1 oğlan) idi.
1988-ci ilə qədər Köçəryanlar ailəsi Ukrayanın Sumı vilayətinin Qluxov şəhərində yaşayıblar. Dağlıq Qarabğda separatçılıq dalğası başlayanda isə 36 yaşlı Valeri Köçəryan Xankəndinə qayıdır və qardaşı Robert Köçəryana qoşulur.
Valeri Köçəryan hərbi xidmət zamanı partlayıcı silah hazırlamağın yollarını öyrəndiyi üçün kustar üsulla bomba və qumbaralar hazırlamağa başlayır. Adətən, onlardan Dağlıq Qarabağda asayişi qoruyan Sovet qoşunlarına və azərbaycanlı “OMON”çulara qarşı diversiya hücumlarında istifadə edilirdi. Rober Köçəryan qardaşının partlayıcı qurğular hazırlamaq və sınaqdan keçirmək üçün ona Xankəndi yaxınlığında, Qarqar çayının sağ sahilində xüsusi düşərgə də təşkil edir.
Beləcə, 1990-1992-ci illərdə Köçəryanın hazırladığı partlayıcılar Azərbaycan ordusuna qarşı aktiv istifadə olunur. Xüsusən, Xocavənd rayonunun Tuğ və Şuşanın Daşaltı kəndlərindəki döyüşlərdə Valeri Köçəryanın hazırladığı mərmi və qumbaralar Qarabağ separatçılarının köməyinə gəlir.
Lakin onun silah ustalığı çox davam etmir.
1992-ci il fevralın 27-də Valeri Köçəryan növbəti bomba sınaqları keçirən zaman gözlənilmədən partlayış baş verir. Qumbara onun əlində partlayır və nəticədə mənfur erməni separatçısı gözünü, əlini və ayağını itirir.
Həkimlər onun həyatını xilas edə bilsələr də, bundan sonrta Valeri Köçəryan hərbi fəaliyyətinə son qoymalı olur və uzun müddətli müalicə kursu keçir.
1996-cı ildə Ermənistan hökuməti tərəfindən “Cəsarətə görə” medalı ilə mükafatlandırılan V.Köçəryan müalicə kursunu bitirdikdən sonra deltaplanerizmlə məşğul olmağa başlayır. 1998-ci ilin martında kiçik qardaşı Robert Ermənistan prezidenti seçilir.
1999-cu il yanvarın 4-də Yerevan yaxınlığındakı “Arzni” poliqonunda təlim uçuşu həyata keçirən zaman ikiyerlik motodeltaplanla mürəkkəb hava hərəkəti edən Valeri Köçəryan idarəetməni itirir və yerə çılpılaraq ölür.
2011-ci ildə “Wikileaks”in mətbuata sızdırdığı diplomatik yazışmalardan aydın olurdu ki, Valeri Köçəryanın ailə üzvləri, xüsusən də qızı İrina Köçəryan əmisinin (Robert Köçəryan) himayədarlığı ilə böyük biznes şəbəkəsi qurub. Sənədlərdən aydın olurdu ki, filologiya elmləri namizədi, Yerevan Dövlət Universitetinin bu müəlliməsi “Qalateya Med” kosmotoloji tibbi mərkəzin təsisçisi, “Aviaservis” QSC sədrinin məsləhətçisi və “Valeri Köçəryan” xeyriyyə fondunun prezidentiymiş.
İrina Köçəryanın Yerevan Dövlət Universitetinin Jurnalistika və London Universitetinin Marketinq fakültələrində təhsil aldığı da məlumdur.
İrina Köçəryanın 2013-cü ilin mayında Yerevan şəhər məclisinə keçirilən seçkilərdə “Çiçəklənən Ermənistan” partiyasının nümayəndəsi kimi qələbə qazanmışdı. Onun seçki komissiyasına təqdim etdiyi vergi və əmlak bəyannaməsinə görə, İrina Köçəryanının Yerevanın mərkəzi küçəsi sayılan Yeqişe Çarenç küçəsində 212 kvadrat metrlik mənzili, Koçar küçəsində ümumi sahəsi 800 kvadrat metr olan ofis və anbarı, “Toyota” markalı maşını və 4 min dollar aylıq gəliri var. İrina əmlakı ilə bağlı jurnalistlərin suallarına da cavab verməkdən yayınmışdı.
Onun həyat yoldaşı Ermənistanın ən məşhuir stomotoloq-həkimi Sergey Caqaryandır. Cütlüyün 2 qız övladı var.
Vüqar İsmayılov