Əhməd Davudoğlu çağırış etdi: Erməni lobbisi hərəkətə keçib Türkiyə müxalifəti və Pensilvanyada oturan Fətulla Güləninin məqsədi Türkiyəni xaos vəziyyətinə sürükləməkdir.
ANS TV-nin məlumatına görə, bunu, Türkiyənin Baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışı zamanı bəyan edib.
Davudoğlu Türkiyə müxalifətini, xüsusilə müxalifət lideri Kamal Kılıçdaroğlunu Fətulla Gülənlə əlbir olmaqda ittiham edib. Davudoğlu Kılıçdarloğlunun çıxışlarının Fətullah Gülənin “Nyu-York Times” qəzetində dərc edilən məqalələri ilə eyni olmasına da diqqət çəkib.
“Diqqət yetirin, “Nyu-York Times”da dərc olunan məqalədə müsəlman olmayan azlıqların haqlarının pozulduğu iddia edilir. Niyə? Çünki 24 aprel yaxınlaşır. Vaşinqtonda lobbilər hərəkətdədir. Erməni lobbisi hərəkətə keçib, yəhudi lobbisi onsuz da hərəkətdə idi. Biz də bəyan edirik ki, Fələstin işğal altında qaldıqca, biz də bütün lobbilərin qarşısında dayanmağa davam edəcəyik” – deyə Əhməd Davudoğlu fikrinin açıqlayıb.
Bu gün “Milliyyət” qəzetinə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Fətullah Gülənlə bağlı fikirlər səsləndirib. Ərdoğan qeyd edib ki, Gülən hərəkatı Türkiyəyə PKK-dan daha böyük zərər yetirir.