“Deyəsən əvvəlki ittihamlardan bir şey çıxmadı, təzə nağıl fikirləşirlər”. Bunu AzadliqRadiosuna məktubunda Xədicə İsmayıl yazıb.
Onun sözlərinə görə, prokurorluq artıq onu ittiham olunduğu iş üzrə deyil, jurnalist fəaliyyəti ilə bağlı dindirməyə başlayıb. Məhbus-jurnalist bildirir ki, indiyədək istintaqda iştirak etməyən müstəntiq Sənan Paşayev onu dindirərək, müxtəlif sənədlərə bağlı suallar verib.
“Absurd ittihamlar səsləndi, protokola yazdım ki, iddialar siyasi qərəzin və hüquqi savadsızlığın nəticəsidir” - deyə Xədicə İsmayıl yazıb.
Xədicə İsmayıl dekabrın 5-də həbs olunub. Onu ittiham edirlər ki, Tural Mustafayev adlı şəxsi özünə qəsd həddinə çatdırıb.