Türkiyədə Cübbəli Ahmet Hoca kimi tanınan məşhur fırıldaqçı din xadimi, İsmayılağa təriqətinin liderlərindən biri Azərbaycanda rüşvətlə saxta diplom almağın mümkünlüyündən danışıb.
Virtualaz.org saytı Türkiyə nəşrlərinə istinadən xəbər verir ki, Cübbəli Ahmet Hoca “əhlisünnət alimi” kimi təqdim olunan Enver Baytanın dinçi “Akit” qəzetində çıxan yazılarına etiraz edib. Deyib ki, bu adam cəfərilik təriqətinin şiəliyə bağlı olmadığını iddia edir, bu isə dindən xəbəri olmamaq deməkdir. Hoca cəfəri məzhəbi haqda əhlisünnət alimi Cevat Akşit hocadan soruşmağı məsləhət görür.
“Diplomu yoxdursa, imami-Əzzam olsa da qəbul etmərəm deyirsinizsə, ilahiyyat da taparam. Mən sizə diplomlu da tapacağam. Həm də Azərbaycandan 2000 dollara professorluq almış deyil” - deyə hoca bildirib.
Xatırladaq ki, bundan əvvəl qalmaqallı türk aktyoru Müjde Ar da Azərbaycanda ali təhsil diplomlarını pulla almağın mümkünlüyünü demişdi. Müjde Ar öz ölkəsində prezident seçkilərində namizədliyini irəli sürəcəyini, ancaq ali təhsili olmadığı üçün Azərbaycandan pulla saxta diplom alacağını bildirmişdi.