ABŞ səfirliyi talan edildi

11-02-2015, 21:28   
ABŞ səfirliyi talan edildi
Yəməndə yaraqlılar ABŞ səfirliyinin maşınlarını və silahını ələ keçiriblər.

ANS PRESS-in məlumatına görə, bu haqda CNN telekanalı xəbər yayıb.

ABŞ səfirliyinin binası oradan bütün əməkdaşlar təxliyyə edildikdən sonra tutulub.

Eyni zamanda "Reuters" xəbər agentliyi bildirir ki, bütün kompüterlər, sənədlər və silah səfirliyin bağlanmasıyla əlaqədar məhv edilmişdi.

Daha əvvəl bildirilirdi ki, ABŞ hakimiyyəti müvəqqəti olaraq Yəməndə səfirliyi bağlayıb və ölkənin paytaxtı Sənadə vəziyyətin pisləşməsinə görə əməkdaşları təxliyyə edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.