İrlandiyada Ədliyyə naziri Alan Şater istefa verib. Alan Şaterin istefası haqqında məlumat verən İrlandiya Baş naziri Endi Kenni istefanın bir polis tərəfindən Şaterə qarşı iddialar haqqındakı bir hesabatdan sonra gəldiyini bildirib. Kenni hesabatın xüsusilə polis təşkilatı və Ədliyyə Nazirliyi kimi bir sıra təşkilatların hərəkətlərinin qeyri-kafiliyi haqqında iddiaları ehtiva etdiyini yazaraq belə deyib: “Şater qərarını və istefasını verib, mən də istəməyərək də olsa qəbul etdim”. Şater istefa məktubunda hesabatın bu ay keçiriləcək Avropa Parlamenti və yerli seçkilər qabağı hökumət daxilində problem yaratmasını istəmədiyini bildirib.