Hacıbala Abutalıbovdan prezidentə şikayət etməyə hazırlanır

12-02-2015, 16:14   
Hacıbala Abutalıbovdan prezidentə şikayət etməyə hazırlanır
“Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hələ başa düşmür ki, məhkəmə qərarı müzakirə olunmur, icra olunur. Bütün cəhdlərlə məhkəmə ekspertizasının müəyyən etdiyi təzminatı ödəməkdən yayınır. Bu səbəbdən də məhkəmə icra orqanı onu məhkəməyə verib. Bu ayın 23-də işə yenidən baxılacaq”.

Bu barədə Modern.az-a evi Bakıdakı evi dağıdılan kinorejissor və aktyor Əbdül Mahmudov məlumat verib.

“O dərk etmir, anlamır ki, qərarı icra etmək lazımdır. Əllərindən öz şəxsi mənafelərini güdməkdən başqa bir iş gəlmir. Mer məhkəmə orqanından tələb edir ki, məhkəmə ona nəyə görə belə bir qərar çıxardığını izah etsin”.

Əbdül Mahmudov bildirib ki, hazırda başına gələnlərlə bağlı prezidentə müraciət hazırlayır və yaxın vaxtlarda onu kütləvi informasiya vasitələrinə təqdim edəcək.

Aktyorun əvvəlcədən bildirdiyinə görə, qiymətləndirmə şirkətinin evə dəyən ziyanla bağlı qoyduğu qiymət 650 min manat olub. Amma Hacıbala Abutalıbovun cəhdi ilə rəqəm 180 min manata salınıb. Həmin məbləğin 10 min manatı mənəvi ziyanla bağlıdır, qalanı isə evin bərpası üçün nəzərdə tutulub. Aktyorun bir tələbi var, ya evi bərpa etsinlər, ya da ona istədiyi yerdən ev alsınlar.

“Qış Parkı”nın tikintisi zamanı Əbdül Mahmudovun evinə ciddi ziyan dəyib. Məhkəmənin qərarına əsasən, Hacıbala Abutalıbov zərərçəkmiş evi təmir etdirməli, ya da dəymiş ziyanı ödəməlidir.

Gülşən RAUFQIZI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar