“Gülən camaatı”nı ölkələr üzrə idarə edən imamların adları açıqlanıb.
Axar.az xəbər verir ki, bu adları əhatələyən xəritə Türkiyənin məşhur Star qəzeti tərəfindən yayımlayıb.
Xəritədə dünyanın 160 ölkəsində təşkilatın fəaliyyət göstərən imamlarının adları yer alıb.
Qəzet qeyd edir ki, 2015-ci ildən Azərbaycan üzrə imam “Çağ” Öğrətim İşlətmələri Şirkətinin rəhbəri Ənvər Özərəndir.
Xatırladaq ki, Ə.Özərənin adı dəfələrlə bu tip qalmaqallarda hallanıb, hətta bir vaxtlar Fətullah Gülənə yazdığı iddia edilən məktubun mətni də redaksiyalara anonim mənbədən göndərilib. Ə.Özərən isə iddiaları təkzib edib.