Təhsil Nazirliyi TQDK-nın iradlarına rəqəmlərlə cavab verdi

12-02-2015, 18:48   
Təhsil Nazirliyi TQDK-nın iradlarına rəqəmlərlə cavab verdi
Təhsil Nazirliyi qəbul imtahanlarında toplanan balların ümumtəhsil məktəblərində tətbiq edilən 5 ballıq sistemə (0-200 bal = “2”, 200-300 bal = “3”, 300-500 bal = “4”, 500-700 bal = “5”) uyğunlaşdırılması əmsalını düzgün hesab etməyib.



Virtualaz.org saytı bildirir ki, Təhsil Nazirliyi KİV-də təhsil sahəsi ilə bağlı yayılan məlumatlarla əlaqədar daxil olan sualları ümumiləşdirərək onları cavablandırıb.

Məsələn, “Qəbul imtahanlarında toplanan balların ümumtəhsil məktəblərində tətbiq edilən 5 ballıq sistemə (0-200 bal = “2”, 200-300 bal = “3”, 300-500 bal = “4”, 500-700 bal = “5”) uyğunlaşdırılması əmsalı doğrudurmu” sualına cavabda qeyd olunub ki, “belə bir yanaşmanın elmi əsasları yoxdur. Bu cür müqayisənin hansı meyarlar əsasında aparılması da aydın deyil”.

“Son illər məktəb məzunlarının nəticələri yüksəlir, yoxsa enir” sualına nazirliyin cavabında isə bildirilib ki, son 3 ildə ölkədəki ümumtəhsil məktəblərdəki ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilir: “2012-ci ildə 9-cu sinfi bitirərək müvəffəqiyyət qazanmış (yəni müsbət qiymət almış) məzunların sayı 50,27% idisə, 2013-cü ildə bu rəqəm 58,41%-ə, 2014-cü ildə 62,04%-ə yüksəlib. 2012-ci ildə 11-ci sinfi bitirərək müvəffəqiyyət qazanmış məzunların sayı 68,9% idisə, 2013-cü ildə onların sayı 72,14%-ə, 2014-cü ildə isə 74,11%-ə qədər artıb. Beləliklə, TQDK-nın verdiyi rəqəmlər ümumi təhsildə dinamikanın müsbətə doğru dəyişdiyini təsdiqləyir”.

Qəbul imtahanlarının nəticələrinin əvvəlcədən proqnozlaşdırılması mümkünlüyü ilə bağlı suala gəlincə, qeyd olunub ki, yuxarı siniflərdə davamlı surətdə aparılan sınaq imtahanlarının nəticələri belə proqnozların verilməsində bir mənbə kimi çıxış edə bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar