Azərbaycan söz azadlığını ən çox pozan 20 ölkə arasındadır

12-02-2015, 19:05   
Azərbaycan söz azadlığını ən çox pozan 20 ölkə arasındadır
“Azərbaycan dünyada söz azadlığını ən çox pozan 20 ölkə arasındadır.

Ötən illə müqayisədə ölkə iki pillə geriləyərək 180 ölkə arasında 162-ci yeri tutub”..

Bu barədə Sərhədsiz reportyorlar təşkilatının dünyada mətbuat azadlığının vəziyyəti ilə bağlı yaydığı illik hesdabatda belə deyilir.

Hesabatda ölkədə reklam bazarına birtərəfli nəzarət, müstəqil KİV-lərin bağlanması, tənqidçilərə qarşı böyük məhkəmə cərimələri və ya redaksiyaların polis tərəfindən özbaşına bağlanmasından danışılır, Azərbaycan Avropada ən çox jurnalist və blogerin həbs olunduğu ölkə olduğu bildirilir.

Azərbaycanın qonşuları Ermənistan siyahıda 78-ci, Gürcüstan isə 69-cu yerdə gəlir.

Ən azad ölkələr arasın ilk üçlükdə Finlandiya, Danimarka və Niderland, sonrakı yerlərdə isə İsveç, Yeni Zelandiya, Avstriya, Kanada, Yamayka və Estoniya gəlir.

Azadliq.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar