Tibbi müayinə kartınızı onlayn sifariş verin

12-02-2015, 19:18   

“Elektron hökumət” portalında daha bir yeni elektron xidmət vətəndaşların istifadəsinə verilib. Bu xidmət Səhiyyə Nazirliyi tərəfindən portala inteqrasiya edilən “Tibbi müayinə kartının onlayn sifarişi” elektron xidmətidir.


“Qafqazinfo”nun Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumatına görə, Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Tibbi müayinə kartı sisteminin tətbiqi Qaydaları”na əsasən Səhiyyə Nazirliyi tibbi müayinə kartı sisteminin tətbiqinə başlayıb. Bu sistemin məqsədi müayinə prosesinin nəticələri üzrə vahid mərkəzləşdirilmiş və lokal məlumat bazasının yaradılmasıdır. Vətəndaşlar sistemdən yararlanmaq üçün müayinə kartını “Elektron hökumət” portalı vasitəsilə sifariş edə bilərlər.

Kartların üzərinə yerləşdirilmiş çipin tərkibində vətəndaşa aid şəxsi məlumatlarla yanaşı, onun ilkin və dövri tibbi müayinədən keçməsi barədə məlumatlar yerləşdirilir. Kartlarda məlumatlar müayinələrin keçirildiyi tibb müəssisələrində kompüterlərə qoşulmuş kart oxuyucular vasitəsilə oxuna və dəyişdirilə bilər. Bu xidmətdən autentifikasiyadan keçmədən yararlanmaq mümkündür.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən 32 e-xidmət təqdim olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar