Azərbaycanlılar ermənilərə imkan vermədi (FOTO)

12-02-2015, 20:21   
Azərbaycanlılar ermənilərə imkan vermədi (FOTO)
Azərbaycanlı hakerlər səhifəyə kiber hücumlar həyata keçirib
Qondarma Dağlıq Qarabağ Respublikasının Facebookdakı rəsmi səhifəsi bağlanıb.

Bu barədə ANS PRESS-ə oxucularımız məlumat verib. Bizimlə xarici ölkələrdən də əlaqə saxlayan soydaşlarımız səhifənin fəaliyyət göstərmədiyini bildiriblər. Facebook-un azərbaycanlı istifadəçiləri səhifəni qısa zamanda "unlike" edərək bağlamağa müvəffəq olublar.

Hətta ermənilər də səhifənin böyük reaksiyaya səbəb olduğunu və azərbaycanlı hakerlərin səhifəyə kiber hücumlar həyata keçirdiyini deyiblər.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyəti şöbəsinin müdiri İsfəndiyar Əliyev ANS PRESS-ə açıqlamasında məsələyə münasibət bildirib.

O qeyd edib ki, bununla bağlı Facebook-a rəsmi müraciət olunacaq: "Bu cür məsələlərdə Facebook fərqli bir siyasət yürüdür. Onlar siyasi məsələrə diqqət yetirmirlər. Şirkətə rəsmi olaraq müraciətdən sonra Facebook həmin şəxs və ya hökuməti araşdırır və səhifəni təsdiq edir. Bu vəziyyəti aradan qaldırmaq üçün biz məhkəməyə müraciət edərək qərar çıxarmalıyıq. Daha sonra isə əsaslandırılmış tələblərlə Facebook-un ABŞ-dakı baş ofisinə müraciət etməliyik".

Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.