Facebook sosial şəbəkəsi istifadəçilərinə profillərini vəsiyyət etmək xidmətini təqdim edib.
“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, bu vəsiyətdə vəfat etmiş profil sahibinin onun hesabından necə istifadəylə bağlı şərtləri öz əksini tapacaq.
“İnsan bu dünyadan köçəndə facebook hesabı onun həyatı, dostları bə təəssüratları barədə bir xatirəyə çevrilir”- deyə yayılan məlumatda bildirilir.
Vəsiyət xidməti hesab idarəetməsini ailə üzvləri və ya dostlara həvalə etməyə kömək edir. Kimsə hesab sahibinin öldüyü haqqında mesaj verərsə, həmin profil tarixi profilə çevrilir.
“Varis” mərhumun dəfninin tarixi, yeri haqqında məlumat verə, hətta profil şəklini dəyişə bilər. Hesabın sahibi öz ölümündən sonra bütün əvvəlki məlumatların dondurulması və ya silinməsini təmin edə bilər.
Sözügedən xidmətə çıxış əldə etmək üçün “Facebook”da Security- Legacy Contact seçib, səhifənin aşağısında vəsiyyət şərtlərini yazmaq lazımdır. Xidmət bir neçə günü tam işə düşəcək.