İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar tutuldu

12-02-2015, 23:18   

Onların 2-3 gün içərisində Türkiyədən çıxarılacağı gözlənilir
İŞİD terror qruplaşmasına qoşulmaq istəyən və Türkiyə-Suriya sərhədində yaxalanan 14 nəfər arasında Azərbaycan vətəndaşları da var.

ANS PRESS-in məlumatına görə, İŞİD-ə qoşulmaq istəyən şəxslər sosial şəbəkələr vasitəsi ilə əlaqə saxlayaraq Qaziantepdə görüşdükləri məlum olub.

Bölgənin jandarma qüvvələri Sazgin məhəlləsində şübhələndiyi mikroavtobusu saxlayandan sonra sözügedən 14 nəfərin İŞİD-ə qoşulmaq istədiyi öyrənilir. 14 nəfərdən birinin Türkiyə vətəndaşı olduğu bildirilib və onun ifadəsi alınandan sonra sərbəst buraxılıb.

Qalan 13 nəfərin Çeçenistan, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Türkmənistan vətəndaşı olduğu bildirilib. Onların 2-3 gün içərisində Türkiyədən çıxarılacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrini Baş Qərargahından verilən açıqlamada İŞİD-ə qoşulmaq istəyən 14 nəfərin yaxalandığı barədə məlumat verilmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.