AAAF Park Gülənçilərin beyin mərkəzinə çevrilib?

14-02-2015, 10:21   
AAAF Park Gülənçilərin beyin mərkəzinə çevrilib?

Son zamanlar Xırdalanda yerləşən AAAF Park-la bağlı mətbuatda dərc olunan qalmaqallar bitib tükənmək bilmir. Qeyd edək ki, ilk dəfə AAAF Park-ın rəhbəri, iş adamı Tofiq Heydərov həbs olunması ilə bağlı xəbərlə mətbuatın gündəminə gəldi. Daha sonra isə AAAF Park-da vəhabilərin və şiələrin pay sahibi olması və parkın ərazisində yerləşən binalarda güzəştli şərtlərlə mənzil sahibi olmaları ilə bağlı ziddiyyətli xəbərlər yayıldı. Qatı şiə olaraq tanınan Tofiq Heydərovun həm şiələrlə, həm də vəhabilərlə isti münasibələrinin olması bir çox maraqlı suallar ortaya çıxarmış oldu. Tofiq Heydərov bu məlumatları təkzib etsə də, sonrada istər şiə, istərsə də vəhabilərin mətbuata verdikləri açıqlamalar AAAF Park-da hər şeyin heç də Tofiq Heydərovun dedyi kimi olmadığını ortaya qoydu.
Bəs bir-birinə zidd olan iki təriqət AAAF Park-dda necə yola gedir?
Gülənçi qruplaşmanın beyin mərkəzi AAAF Park-da kamuflyaj olub
Bu barədə daxil olan məlumatda bildirilir ki, əslində şiə və vəhabilərin AAAF Park-da varlıqları «qoruyucu qalxan» xarakterini daşıyır. Bu yolla əslində AAAF Park-ın əsil «sahibləri» iz azdırırlar. Belə ki, daxilolan məlumatda göstərilir ki, AAAF Park-ın əsil sahibləri uzun ilər boyu Azərbaycanda ciddi şəbəkə qurmağa nail olan Gülənçi qruplaşmadır. AAAF Park-da vəhabi və şiə söz-söhbətinin gündəmə gətirilməsinin arxasında isə «nurçuların» özlərini gizlətmək və hədəfə gəlməmək məqsədi daşıyır.

Etibarlı mənbənin bildirdiiynə görə AAAF Park-ı tam olaraq 2011-ci ildən sonra Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin sabiq müdiri, hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsində çalışan Elnur Aslanovun və AAAF Park-a bağlı olan “Zirvə İdman Kompleksi” MMC-nin direktor müavini Rəşad Əliyevin, (idman kompleksinin direktoru Tofiq Heydərovdur), nəzarətinə keçib. Hazırda isə Azərbaycandakı Gülənçi qruplaşmanın əsas mərkəzlərindən biridir.

Qeyd edək ki, ötən ildən başlayraq Gülənçi qruplaşmalar Türkiyədə ciddi təqiblərə məruz qalırlar. Türkiyənin keçmiş baş naziri, hazırda prezident olan Rəcəb Teyyub Ərdoğan ABŞ-ın Pensilvaniya şəhərində yaşayan Fətullah Güləni dövlət içində dövlət yaratmaqda ittiham edir. Ərdoğan həmçinin Fətullah Güləninin paralel dövlət yapısını qonşu türkdilli ölkələrdə də tətbiq etdiyini idda edir. Elə ötən il Ərdoğanın Bakıya səfərindən sonra Azərbaycan prezidenti İlham Əliyev Gülən qrupunun Azərbaycandakı əsas dövlət məmurlarından biri hesab olunan Elnur Aslanovu Prezident Adminstrasmiyasındakı vəzifəsindən aldı. Aslanov Rabitə Nazirliyndə səlahiyətsiz bir vəztifə ilə kifayətlənməli oldu. Bundan sonra Gülənçi qruplaşmanın Azərbaycandakı çox şaxəli şəbəkələri ciddi təzyiqlərlə rastlaşdı və Fətulla Güləninin Azərbaycandakı şəbəkələrinin təməlini təşkil edən məktəbləri bağlandı. Gülənçi qruplaşmanın dövlət vəzifələrində olan bir çox gənc məmurlar isə işdən alındı. Hazırda isə Gülənçi qruplaşmanın Azərbaycandakı şəbəkələri qeyri-leyal şəkildə fəaliyyətlərini davam etdirməkdədirlər.
Etibarlı mənbədən daxil olan məlumata görə Gülənçi qruplaşmaların kamufulyaj olaraq gizləndikləri əsas mərkəzlərdən biri də məhz AAAF Parkdır. AAAF Park-ın idarəsi demək olar ki, Gülənçi qruplaşmanın önəmli isimlərindən və gizli imamlarından biri olan Rəşad Əliyevdir.

Rəşad Əliyev «Qafqaz» Universitetinin məzunudur və hazırda da «Qafqaz» Universiteti ilə ciddi əlaqələri olan biridir. Qeyd olunur ki, Rəşad Əliyev millət vəkili Ceyhun Osmanlı kimi «Gülən yurdlarında» yetişən ilk azərbaycanlılardan biridir və Əliyev Gülənçi qruplaşmada böyük nüfuz sahiblərindən biri hesab olunur. Elə Tofiq Heydərovla Qafqaz Universitetinin əlaqələrini quran və iş adamını bu universitetlə şəbəkəli şəkildə çalışmasını da Rəşad Əliyev təmin edib.
«Samanyolu»nu AAAF-a bağlayan xətt
Rəşad Əliyevin AAAF Park-ı Gülənçi qruplaşmaların mərkəzlərindən birinə çevirməsində ona əsas yardımı məhz Elnur Aslanovun, həmçinin Qafqaz Universitetinin rəhbərliyinin və Azərbaycandakı fətullahçı medianın göstərdiyi bildirilir. AAAF Park-da çəkilən məşhur «Həyat sən nə qəribəsən» serialının rejissoru da Fətullah Gülənə bağlı olan «Samanyolu» telekanalının məşhur rejissoru Naci Çəlik Bərksoy olub. Hazırda Türkiyə məhkəməsinin Naci Çəlik Bərksoya Türkiyəni tərk etmək yasağı qoyduğu bildirilir. Xatırladaq ki, təqribən iki ay əvvəl «Samanyolu» telekanalının rəhbəri Hidayət Qaraca Türkiyədə həbs olunub. Eyni cinayət işləri ilə bağlı Naci Çəlik Bərksoya isə Türkiyədən çıxma yasağı qoyulub.

Naci Çəlik Bərksoyun Azərbaycanda, həmçinin AAAF Park-dakı Gülən Qrupuna bağlı bir şəxs olduğu bildirilir. Belə ki, Naci Çəlik Bərksoyun çəkdiyi filmlərdə və «Samanyolu» telekanalında yayımlanan seriallarda Fətulla Güləninin çağrı və şüarları gizli şəkildə insanların şüuruna yeridildiyi iddia olunur. Bir qayda olaraq Gülənin gizli mesajları iki yolla geniş kütlələrə çatdırılır və kodlaşdırılmış mesajlar insanların beyninə yeridilir.
Birinici halda nurçuların «Kainat imamı» dedikləri Fətulla Gülənin mesajları «ölkə imkalarına», onların vasitəsi ilə «şəhər imamlarına» və «ev imamlarına» çatdırılır. Bu məlumatlar bir çox hallarda kodlaşdırılır.
İkinci halda isə «Kainat imamı»nın mesajları xəbərlər, dizilər və sair kütləvi informasiya vasitəsi ilə geniş kütləninin beyninə yerləşdirilir. Bu informasiyanın əsas xarakterik cəhəti o olur ki, Gülənçilərin çəkdikləri filmlər vasitəsi ilə izləyicilərinin beyninə məlumatlar yerləşdirilir və daha sonra həmin izləyicilərin böyük əksəriyyəti Gülənçiyə çevrilir. Naci Çəlik Bərksoyun AAAF Park-da çəkdiyi «Həyat sən nə qəribəsən» serialı da məhz bu qəbildən bir film olduğu vurğulanır.

Mənbə bildirir ki, «Həyat sən nə qəribəsən» serialı ilə yanaşı AAAF Park-ın reklam roliklərini də Naci Çəlik Bərksoy çəkib və bu roliklər də də insanların beyinlərinə sirayət edən kodlaşdırılmış informasiyalar gizlədilib. Bərksoyla bütün bu işləri həyata keçirən şəxs isə Tofiq Heydərovun «qara qutusu» olan Rəşad Əliyev olub. Mənbə iddia edir ki, Tofiq Heydəov faktiki olaraq Rəşad Əliyevin və Elnur Aslanovun girovuna çevrilib. Çünki onların bildikləri Tofiq Heydərovun uzun müddət həbsxana şəraitində yaşaması üçün yetərlidir.
Tofiq Heydərovun «həbsi» kimin maraqlarına xidmət edib?
Qeyd olunur ki, bir müddət əvvəl Heydərovun həbsi barədə doğru olmayan məlumatın mətbuata ötürülməsi də məqsədli olub. Bununla Rəşad Əliyev Elnur Aslanovun vəzifədən alınmasından sonra Tofiq Heydərovun nəzarətdən çıxmaq cəhdlərinin qarşısını alıb.

Xatırladaq ki, Tofiq Heydərovun həbsi ilə bağlı məlumat mətbuata «Sevil» Massivinin rəhbərliynin həbsindən sonra baş vermişdi və mənbə gülənçilərin bu dezinformasiya ilə zamanlamaya qədər hər şeyi mükəmməl olaraq planladıqlarını qeyd edir. Həmin məlumat mətbuata ötürüldükdən sonra isə Tofiq Heydərova çatdırılıb ki, o heç bir zaman gülənçilərlə yolunu ayıra bilməz. Ayırdığı təqdirdə isə onu ancaq həbsxana gözləyə bilər.
AAAF Park-da vəhabi və şiə «mifi» Aslanovla əlaqəni ört-basdır etmək üçün lazım olub
Məhz bundan sonra AAAF Park-da gülənçi izini azdırimaq məqsədi ilə vəhabi və şiə məsələləri ortaya atılıb. Xatırladaq ki, Tofiq Heydərov cənub bölgəsindən olduğuna görə qatı şiə hesab olunur və o, Hacı Zülyüqarın camaatına aiddir. Vəhabi və şiə söhbətini ortaya atmaqla əslində Rəşad Əliyev AAAF haqqında yazılan yazılara qarşı inamsızlıq atmosferi yaratmağa çalışıb və buna qismən nail olub. Çünki vəhabi və şiə söhbəti ortaya atıldıqdan sonra AAAF haqqında mətbuatda yayılan informasiyalar xeyli səngidi. Mənbə iddia edir ki, məhz bu yolla Elnur Aslanov və Rəşad Əliyev AAAF Park-dakı gülənçi izini gizlədə bildilər.
«Çağ Öyrətim» «Zirvə» litseyində yerləşib
Məlumatda qeyd olunur ki, «Çağ Öyrətim» məktəbləri bağlandıqdan sonra güləçi qruplaşma həmin məktəbləri gizli şəkildə bir çox litseylərdə yerləşdirə biliblər. Bu litseylərin başında isə AAAF Park-da fəaliyyət göstərən «Zirvə» litseyi gəlir.

Belə ki, Elnur Aslanov və Rəşad Əliyev «Çağ Öyrətim»in əsas bazasını və beyin mərkəzini məhz AAAF Park-da fəaliyyət göstərən «Zirvə» litseyinə köçürüblər və hazırda bu litsey «Qafqaz» Universiteti ilə əlbir şəkildə fəaliyyət göstərir. Bu fəaliyyəti tənzimləyən şəxsin isə Rəşad Əliyev olduğu bildirilir.
Elnur Aslanov AAAF Park-ı necə və nə zaman ələ keçirib?
Mənbə bildirir ki, Elnur Aslanov 2011-ci ildə Tofiq Heydərovu və AAAF Park-ı nəzarətə götürüb. O bunun üçün özünün yüksək dövlət vəzifəsindən istifadə edib və bildirib ki, AAAF Park-ın fəaliyyətinin genişləndirilməsi üçün Aslanovun patronajlığıqna girməsi əsas şərtdir. Elə həmin ərəflərdə də AAAF Park və Tofiq Heydərova nəzarətçi olaraq Rəşad Əliyev təyin olunub. Bundan sonra isə AAAF Park Elnur Aslanovun əsas biznes qurumlarından biri olub.

Elnur Aslanova aid olan bir çox brendlərdə AAAF Park-ın ərazisindəki dükanlarda satışa çıxarılıb. Qeyd edək ki, Elnur Aslanovun «mybrands» şirkəti Avropanın bir çox brendlərinin ölkəmizdə rəsmi dispitru kimi çıxış edir və bu brendlərin böyük əksəriyyəti AAAF Park-dakı dükanlarda böyük çeşidlərlə satışa çıxarılır. Əslində isə yerli dükan sahibləri bu «monopoliyadan» ciddi ziyan çəkirlər. Çünki Elnur Aslanovun brendlərinin qiyməti baha olduğuna görə alıcı tapmaq problemə çevrilir.
Tofiq Heydərov ilk biznes uğurunu kimin vasitəsi ilə qazanıb?
Tofiq Heydərovun biznesə gəlişinin də maraqlı tarixçəsi olduğu bildirilir. Belə ki, AAAF Park-ın rəhbərini keçmiş İqtisadi İnkişaf nazir Fərhad Əliyevin qardaşı Rafiq Əliyev biznesə gətirib. O zaman «Azpetrol» şirkətinin prezidenti olan Rafiq Əliyev öz həm yerlisi üçün biznesin «qızıl qapısını» açan şəxs olub. Bu barədə isə ikinci yazımızda…//Pia.az
Yenilik.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar