Lamiyə Quliyevanın süni mayalanma yoli ilə uşaq dünyaya gətirdiyini təkzib edən 11 üsul
Son günlər gündəmi zəbt etmiş Lamiyə məsələsi böyük müzakirələrə səbəb olub.anaxeber.info JAM.AZ-a istinadən xəbər verir ki, həbsxanada uşaq dünyaya gətirən Lamiyə Quliyevanın belə bir duruma düşməsinin səbəbi kimi xeyli versiyalar irəli sürülür. Ən biabırçı “fakt”ı isə Penitensiar Xidmət təqdim edib. Xidmət rəsmilərinin açıqlamasına görə, Şəmkirin sabiq icra başçısı, Kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirləndirilən Lamiyənin uşaq dünyaya gətirməsinin səbəbi kimi süni mayalanma göstərilib. Və bu azmış kimi, Xidmətin açıqlamasında spermanın həbsxanaya başqa bir həbsxanadan göndərildiyi vurğulanır.
Bildirək ki, bəzi ginekoloqlara görə, süni mayalanma prosesi heç də çətin deyil və bunu istənilən qadın öz üzərində tətbiq edə bilər. Əslində isə bu heç də qeyd edilən kimi deyil və proses üçün bir sıra prosedurlarlaın reallaşdırılması lazımdır. Bununla bağlı, Facebookda fikirlərini bölüşən Polad Aslanov adlı istifadəçi prosesin detallarını açıqlayıb və süni mayalanmanın hansı şəraitdə mümkün ola biləcəyini vurğulayıb.
O qeyd edib ki, süni mayalanma üçün 11 üsul mövcuddur.
1. Yumurtahüceyrə götürülən zaman və ya bundan sonra kişi mayalanma üçün sperma verir;
2. Sperma nümunəsinin evdə vermək də mümkündür;
3. Bunun üçün klinikadan steril qab götürməlisiniz və nümunəni götürdükdən sonra yarım saat ərzində klinikaya çatdırmalısınız;
4. Spermanı gələcək müalicə üçün əvvəlcədən dondurmaq da mümkündür;
5. Mayalandırma üçün spermadan normal formaya malik və daha çox hərəkətli spermatozoidlər seçilərək ayrılır;
6. Mayalandırma prosesinə yumurtahüceyrə götürüldükdən bir necə saat sonra aparılır;
7. Yumurta hüceyrələri toplandıqdan sonra kənarda sperma ilə mayalandırılır;
8. Bir neçə gündən sonra müvafiq olaraq uşaqlıq boşluğuna embrion köçürülür;
9. Spermatozoidlərin sayı, hərəkətliliyi və quruluşuna görə sperma normaldırsa və ya normadan az fərqlidirsə mayalanmanı ənənəvi in vitro üsulu ilə start götürür;
10. Təmizlənmiş sperma yumurtahüceyrə olan kasaya əlavə edilir;
11. Və sonda spermatozoidlər yumurtahüceyrəyə doğru hərəkət edərək onun səthinə yapışması ilə mayalanma prosesi baş verir;
Xatırladaq ki, süni yolla mayalanma embrionun cinsini əvvəlcədən seçməyə şans yaradır, ancaq bu qanunla qadağan edilib.